“Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün vorkşoplar keçirilib
Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin dəstəyi ilə "Regional İnkişaf" İctimai Birliyi tərəfindən icra olunan “Məktəblərdə “Yaşıl Könüllük” Proqramının İcrası” layihəsi çərçivəsində “yaşıl könüllülər” üçün vorkşoplar keçirilib.
Şəki rayonu, Qoxmuq kənd tam orta məktəbində keçirilən vorkşopda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova tərəfindən iqlim dəyişikliyinin təsirləri, mövcud iqlim trendləri və su ehtiyatlarına olan təsirləri barədə interaktiv sessiya keçirilib və bu mövzuda praktiki tapşırıqlar həyata keçirilib.