EKOLOGİYA
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri şagirdlər üçün təlim sessiyası keçirib
Milli Hidrometeorologiya Xidmətinin mütəxəssisləri tərəfindən Avropa Azərbaycan Məktəbinin ibtidai sinif şagirdləri üçün təlim sessiyası keçirilib.
Təlim proqramı çərçivəsində Xidmətin mütəxəssisləri tərəfindən şagirdlərə meteoroloji müşahidələrin zəruriliyi, müxtəlif meteoroloji ölçü cihazlarının iş prinsipi, tətbiqi, erkən xəbərdarlıq sistemləri barədə əhatəli məlumatlar təqdim edilib.