İstilər bu ölümcül xəstəliyin yayılmasına səbəb olacaq - XƏBƏRDARLIQ
Sfera.az xəbər verir ki, alimlər bu göbələyin insanlarda ağır tənəffüs sistemi xəstəliklərinə səbəb olduğunu, xüsusilə immun sistemi zəif və xroniki ağciyər xəstələri üçün həyati təhlükə yaratdığını qeyd edirlər.
Araşdırmanın müəlliflərindən olan professor Norman van Rhijn bildirib ki, göbələk infeksiyalarının müalicəsi son dərəcə çətindir və bu səbəbdən yayılmanın qarşısını almaq üçün təcili tədbirlərə ehtiyac var:
“Əgər qlobal istiləşmə bu templə davam etsə, 2100-cü ilə qədər bu göbələk növünün yayılma arealı 77 faiz artacaq”.
Araşdırmada o da qeyd olunub ki, sözügedən prosesin miqyası əsasən istixana qazlarının atmosferə buraxılmasından asılıdır.
Tədqiqatın nəticələrinə əsasən, yalnız Avropa qitəsində təxminən 9 milyon insan bu göbələk infeksiyasının birbaşa təsirinə məruz qala bilər.
Mütəxəssislər artıq indi ciddi monitorinq sistemlərinin qurulması və səhiyyə sisteminin potensial epidemiyalara qarşı hazır vəziyyətə gətirilməsi üçün tədbirlərin görülməsini tövsiyə edirlər.
Paylaş:
Tam mətni oxu →