Ana səhifə›
EKOLOGİYA
›
Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
EKOLOGİYA
Şimşək çaxır, leysan yağır - FAKTİKİ HAVA
Ekologiya
AMP
Mayın 13-ü bu saatlara olan məlumatına əsasən, bəzi rayonlarda şimşək çaxır, arabir leysan xarakterli yağış yağır.Bu barədə Ekologiya.az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.Belə ki, Şahbuz, Ordubad, Daşkəsən, Göygöl, Gəncə, Şəmkir, Naftalan, Goranboy, Tərtər, Zaqatala, Balakən, Bərdə, Mingəçevir, Şəki, Qax və Qubada yağış yağır.Zaqatalada qərb küləyinin sürəti arabir 17 m/s-dək güclənib.Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan MR-da 24, Aran rayonlarında 25, dağlıq rayonlarda 20 dərəcəyədək isti qeydə alınıb.