EKOLOGİYA
Xəzərin Bilgəh sahili tullantılardan təmizlənib - FOTO
“Təmiz ölkəm” devizi altında Ümumrespublika Təmizlik Marafonu çərçivəsində növbəti təmizlik aksiyası Xəzərin Bilgəh sahilində keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, “Abşeron Hotel Qrup” MMC-nin əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə keçirilən iməcilik zamanı sahil zolağı 800 kiloqrama yaxın tullantıdan təmizlənib.