DETX bu rayonlar ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkarlayıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı İsmayıllı şəhəri, Nəriman Nərimanov küçəsində fəaliyyət göstərən "Bolluq Store" ticarət mərkəzinin arxasında, Göygöl rayonu Qırıqlı kəndinin inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.