Tam versiya
Ana səhifə EKOLOGİYA Bu mövzular ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilir
EKOLOGİYA

Bu mövzular ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilir


Ekologiya.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyində Xəzər dənizinin səviyyəsində dəyişikliklərin səbəblərini öyrənmək və müvafiq uyğunlaşma tədbirlərini hazırlamaq üçün ekspert qrupunun iclası keçirilir.

İki gün müddətində davam edəcək iclasın I hissəsində “İqlim dəyişikliyinin təsirləri, o cümlədən temperaturun dəyişməsi və yağıntı normalarının təhlili”, “Xəzər dənizinin səviyyəsinin dəyişməsi ilə bağlı problemlərin həlli üçün beynəlxalq əməkdaşlıq”, “Dəniz səviyyəsinin dəyişməsini izləmək üçün proqnozlaşdırma metodlarının və monitorinq sistemlərinin işlənib hazırlanması” və “Dənizə təsir edən geoloji və tektonik proseslərin öyrənilməsi” mövzuları ətrafında yerli və xarici ekspertlərin çıxışları dinlənilir.
Paylaş:
Tam mətni oxu →