Xüsusi mühafizə olunan təbiət ərazilərində “Yanğın təhlükəsizliyi” mövzusunda praktiki təlim keçirilib
Yaşıllıq ərazilərdə baş verə biləcək yanğın hadisələrinin qarşısının alınması məqsədilə Altıağac, Şirvan və Ağgöl milli parklarında, Türyançay Dövlət Təbiət Qoruğunda FHN-in Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşlarının, yerli sakinlərin iştirakı ilə “Yanğın təhlükəsizliyi” mövzusunda təlimlər keçirilib.