Tam versiya
Ana səhifə EKOLOGİYA Şamaxı-İsmayıllı yolu bağlanıb - Güclü qar zəncirvari qəzalara səbəb olub
EKOLOGİYA

Şamaxı-İsmayıllı yolu bağlanıb - Güclü qar zəncirvari qəzalara səbəb olub


Güclü yağan qar səbəbindən Şamaxı-İsmayıllı avtomobil yolu bağlanıb.
 
Ekologiya.az APA-ya istinadən xəbər verir ki, buna görə hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalıb.

Məlumata əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 15 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolların buz bağlaması Ağsu dolaylarında da müşahidə edilir.
 
Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar da meydana gəlib.


Paylaş:
Tam mətni oxu →