Ana səhifə›
EKOLOGİYA
›
Tətbiqi Zooloji Mərkəzin müdiri: Çəyirtkələrin artması əhalidə panika yaratmamalıdır
EKOLOGİYA
Tətbiqi Zooloji Mərkəzin müdiri: Çəyirtkələrin artması əhalidə panika yaratmamalıdır
Ekologiya
AMP
Son günlər Bakı və ətraf ərazilərdə çəyirtkələrin artması əhalidə panika yaratmamalıdır, çünki onlar insanlara hücum etmir.Bunu "Report"a Zoologiya İnstitutunun “Tətbiqi Zooloji Mərkəzi”nin müdiri Barat Əhmədov son günlər çəyirtkələrin artması ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.O qeyd edib ki, Abşeronda əsasən Misir çəyirtkəsi yayılıb:"Bir neçə il bundan öncə də belə bir hadisə olmuşdu. Onlar daha çox qumluq ərazilərdə, dəniz və bulaqların kənarında çoxalır. Həmin ərazilərdə tikinti, əkin işləri aparıldığı üçün bu heyvanların qida rasionu azalıb. Beləliklə, hara gəldi uçurlar".B.Əhmədov əlavə edib ki, bu çəyirtkələr başqa ərazidən gəlməyib:"Bu heyvanlar elə bizim faunaya aiddir. Misir çəyirtkəsi bizdə əvvəllər də olub. Rütubətli havalarda onların nəsilartımı daha çox olduğundan havaların anidən isinməsi səbəbindən daha tez yumurtadan çıxaraq artırlar".O qeyd edib ki, həmin həşəratların artması ilə bağlı hər hansı həyəcana ehtiyac yoxdur:"Bu heyvanlar əsasən bitkilərlə qidalandığından yaşadıqları areallarda işlər getdiyi üçün qida əraziləri itib. Əhalinin panika yaratmasına ehtiyac yoxdur, çünki insanlara heç vaxt hücum etmirlər".