Tam versiya
Ana səhifə EKOLOGİYA Yaşıl şəhər – canlı nəfəs
EKOLOGİYA

Yaşıl şəhər – canlı nəfəs


Müasir şəhərlər yüksələn binalar, asfalt küçələr və tıxaclar arasında nəfəs almağa çalışır. Sürətlə artan urbanizasiya isə təbiəti şəhərdən uzaqlaşdırır: ekosistemlər məhv olur, su ehtiyatları azalır, torpaqlar deqradasiyaya uğrayır, iqlim dəyişikliyi güclənir.
Bəs bu gedişata necə “dayan” deyə bilərik?
Təbiəti şəhərə qaytarmaqla!
Yaşıl sahələr sadəcə estetik görüntü deyil – şəhərin nəfəsidir.
Ağaclar və bitkilər torpağı qoruyur, suyu saxlayır və məhsuldarlığı artırır.
Şəhərin mikroiqlimini tənzimləyir, havanı təmizləyir, istiliyi azaldır.
Quşların nəğməsi, böcəklərin səsi bu yaşıl məkanlarda yenidən canlanır.
Təbiətlə təmas yalnız ekologiya üçün deyil, insan üçün də həyat deməkdir: stress azalır, ruhumuz dincəlir, psixoloji rifahımız artır, biz daha aktiv və sağlam oluruq.
Təbiəti şəhərə qaytarmaq – həm bu günün, həm də gələcəyin ən dəyərli investisiyasıdır.
Bu, davamlı, yaşana bilən şəhərlərin qurulmasının əsas yoludur.
Gəlin, təbiətə yer açaq ki, nəfəsimiz açılsın! 
Paylaş:
Tam mətni oxu →