Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir/FOTO
Xüsusi mühafizə olunan təbiət ərazilərinin tanıdılması məqsədilə mütəmadi olaraq maarifləndirici tədbirlər keçirilir.
Keçən həftə ərzində Zaqatala Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən Akademik Zərifə Əliyeva adına liseydə, Şıxəli Qurbanov adına 3 nömrəli orta məktəbdə, Qarayazı Dövlət Təbiət Qoruğunun əməkdaşları tərəfindən isə Qaçaq Kərəm və Muğanlı kənd məktəblərində maarifləndirici görüşlər keçirilib.