Tam versiya
Ana səhifə EKOLOGİYA COP29 üçün maliyyə mexanizmlərinin təmin edilməsi son dərəcə vacibdir - Mikayıl Cabbarov
EKOLOGİYA

COP29 üçün maliyyə mexanizmlərinin təmin edilməsi son dərəcə vacibdir - Mikayıl Cabbarov


Azərbaycanda COP29 üçün maliyyə mexanizmlərinin təmin edilməsi son dərəcə vacibdir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Davosda Dünya İqtisadi Forumunda keçirilən panel müzakirəsi zamanı deyib.

"COP28 uğur idi. Enerji səmərəliliyinin artırılmasına, bərpa olunan enerji mənbələrinin həcminin artırılmasına yönəldilmiş diqqət - bütün bunları nəzərə alsaq, bunu uğur hesab etmək olar. Bu, gərgin zəhmət hesabına mümkün olub", - nazir bildirib.

O qeyd edib ki, COP29-un ev sahibi kimi Azərbaycan da müəyyən səviyyədə gözləntilərin olduğunu başa düşür.

"Prosesi eyni uğurlu şəkildə davam etdirmək məsuliyyəti var. Əsas odur ki, maliyyələşmə mexanizmləri təmin olunsun. Bu, son dərəcə vacibdir", - Cabbarov əlavə edib.

Paylaş:
Tam mətni oxu →