Tam versiya
Ana səhifə EKOLOGİYA Badamdar və Bülbülə qəsəbələrində ətraf mühitin mühafizəsi tələbləri pozulub
EKOLOGİYA

Badamdar və Bülbülə qəsəbələrində ətraf mühitin mühafizəsi tələbləri pozulub


Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.


DİN-nin mətbuat xidmətindən Ekologiya.az-a verilən məlumata görə, paytaxtın Səbail və Suraxanı rayonlarında keçirilən tədbirlər zamanı Badamdar qəsəbəsi ərazisində “KamAZ”, Bülbülə qəsəbəsi ərazisində isə “QAZ” markalı yük avtomobillərindən müxtəlif çeşidli və bərk tullantıların boşaldılması və qalaqlanması aşkar olunub.


Sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsinə görə həmin yük avtomobillərinin sürücüləri barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.




Paylaş:
Tam mətni oxu →