EKOLOGİYA
Ölkə ərazisindəki yaşıllıqlar hansı qurumlar tərəfindən mühafizə olunur?
Ölkə ərazisindəki yaşıllıqlar mülkiyyət formasından asılı olaraq bir neçə hissəyə ayrılmaqla mühafizə olunur. Dövlət meşə fondu ərazisinə aid edilmiş yaşıllıqların mühafizəsini Azərbaycan Respublikasının Meşə Məcəlləsinin 27-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (ETSN) həyata keçirir.
Xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşən meşələr, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri üçün xüsusi mühafizənin hüquqi rejimi, yaxud təsərrüfat fəaliyyətinin tənzimlənən rejimi tətbiq edilməklə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı (ETSN) tərəfindən icra edilir.