EKOLOGİYA
Azərbaycan hökuməti İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda COP29-un ev sahibi kimi səylərini diqqətə çatdırıb.“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsindəki hesabında bildirib."Davos İqtisadi Forumu (World Economic Forum) çərçivəsində keçirilən "Dünya iqtisadi liderlərinin qeyri-rəsmi toplantısı: 2030-cu ilə doğru" sessiyasında COP29-un ev sahibi kimi Azərbaycanın səylərini diqqətə çatdırdıq, enerjidən səmərəli istifadə və iqlim dəyişikliyinin təsirinin azaldılmasına dair fikirlərimizi bölüşdük, həmçinin COP29-un əsas mövzusu olan qalıq yanacaqlardan asılılığı azaltmaq və "yaşıl enerji"ni təşviq etmək üçün maliyyə mexanizmləri üzrə ölkəmizin yanaşmasını müzakirə etdik. COP29-da "yaşıl" gündəliyə və qlobal iqlim fəaliyyətinə sadiqliyimizi bir daha vurğuladıq", - deyə nazir qeyd edib.