Tam versiya
Ana səhifə EKOLOGİYA Abşeronda fəaliyyət göstərən “Beer Home Pub” kafesində nöqsanlar aşkarlanıb
EKOLOGİYA

Abşeronda fəaliyyət göstərən “Beer Home Pub” kafesində nöqsanlar aşkarlanıb


Daxil olan vətəndaş şikayəti əsasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonunun Xırdalan şəhərindəki Heydər Əliyev prospektində fəaliyyət göstərən və fiziki şəxs Elgiz Ənvər oğlu Hüseynova məxsus olan “Beer Home Pub” kafesində yoxlama aparıblar.

Bu barədə AZƏRTAC-a agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, baxış zamanı müəssisədə mal qonşuluğu prinsipinə əməl olunmadığı, soyuducu və dondurucuların yoxlamadan keçmiş ölçmə vasitələri ilə təmin edilmədiyi, temperaturun qeydiyyatının və monitorinqinin aparılmadığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar aşkarlanıb.

Faktla bağlı müvafiq tədbirlər görülüb, sahibkar barədə inzibati protokol tərtib olunub.

Paylaş:
Tam mətni oxu →