Tam versiya
Ana səhifə EKOLOGİYA Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Qubada ictimai dinləmə keçirib
EKOLOGİYA

Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Qubada ictimai dinləmə keçirib


Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi Vəlvələçayda aparılan istismar işləri ilə bağlı Qubanın Talabıqışlaq kəndində ictimai dinləmə keçirib.

"Report"un Şimal bürosunun məlumatına görə, tədbirdə Agentliyin sədri Samir İdayətov, 5 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin, Quba Suvarma Sistemiləri İdarəsinin əməkdaşları, sahibkarlar və yerli sakinlər iştirak ediblər.

İctimai dinləmənin əsas mövsuzu Vəlvələçayda xammal ehtiyatından istifadə vəziyyəti, sakinlərin suvarma suyu ilə təminatı olub. S.İdayətov bildirib ki, çaylarda mütamadi monitorinqlər aparılır, istismarçılarla görüşlər keçirilir: "Burada məqsəd çaylardakı xammal ehtiyatlarından səmərəli istifadəni təmin etməkdir: "Bu günkü ictimai dinləmənin də əsas məqsədi Vəlvələçayda aparılan istismarla bağlıdır. Sakinlərin irəli sürdüyü təklifləri dinləmək üçün gəlmişik. Qaldırılan məsələlərin həlli üçün qurumlar monitorinqlər aparıb və yenə aparacaq. Sakinlərin qabartdığı əsas məsələ suvarma və içməli su təhcizatı ilə bağlıdır. Biz də qurumlar olaraq həm sulardan göturülmüş analizlərin nəticələri haqda, həm su itkiləri və keyfiyyəti haqda izahatlar vermişik. Ətraf kəndlərin su təminatında hansısa problemlərin yaranmaması üçün müafiq tədbirlər görülüb və gələcəkdə də görüləcək".

Daha sonra kənd sakinləri onları narahat edən məsələlər barədə fikirlərini bildiriblər. Onlar əsas problemin çay yatağının dərinləşməsi nəticəsində suvarma suyundan normal istifadə edə bilmədikləri olduğunu vurğulayıblar.

İctimai dinləmədə çıxış edən, nazirliyin digər əməkdaşları qeyd edib ki, indiyə qədər "Yerin təki haqqında" qanuna əməl etməyən sahibkarlarla bağlı ciddi tədbir görülüb. Bundan sonra da xammal ehtiyatlarından istifadə zamanı qanun pozuntusu aşkarlanarsa dərhal müdaxilə ediləcək və müvafiq cəza tədbirləri tətbiq ediləcək.

Qarşılıqlı dialoq şəklində keçən ictimai dinləməni sahibkarlar və ictimaiyyət nümayəndələri yüksək qiymətləndirib, belə tədbirlərə gələcəkdə də böyük ehtiyacın olduğunu vurğulayıb.

Paylaş:
Tam mətni oxu →