Tam versiya
Ana səhifə EKOLOGİYA Mədəniyyət və İstirahət parkında cari abadlıq işləri həyata keçirilib
EKOLOGİYA

Mədəniyyət və İstirahət parkında cari abadlıq işləri həyata keçirilib


Beyləqan Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə aidiyyəti qrumlar tərəfindən rayonda ictimai məkanların abadlaşdırılması istiqamətində funksional tədbirlər davam etdirilir. Bu çərçivədə Mədəniyyət və İstirahət parkında cari abadlıq işləri həyata keçirilib.

Aparılan abadlıq tədbirləri çərçivəsində park infrastrukturuna daxil olan hovuz təmizlənib, ərazidə mövsümi təmizlik işləri aparılıb, yaşıllıqların baxımı təmin edilib, dekorativ bitkilər budanıb.

Aparılan abadlıq tədbirləri nəticəsində Mədəniyyət və İstirahət parkında sakinlər və ziyarətçilər üçün daha komfortlu və səliqəli mühit yaradılıb.

Paylaş:
Tam mətni oxu →