EKOLOGİYA
“II Yaşıl düşüncə maarifləndirmə proqramı”na start verilib
Gənclərin ekoloji şüurunun formalaşmasına, ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılmasına, həmçinin məsuliyyət hissinin gücləndirilməsinə dəstək olmaq məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “II Yaşıl Düşüncə Maarifləndirmə Proqramı”na start verilib.
Zəngin praktiki və nəzəri bilikləri özündə cəmləşdirən proqram çərçivəsində ümumilikdə 300-ə yaxın gənc qeydiyyatdan keçib, ilkin müsahibə mərhələsini uğurla keçən 70 nəfər iştirakçı proqrama seçilib.