Tam versiya
Ana səhifə EKOLOGİYA İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantıları poliqonlarının inşası ilə bağlı ictimai dinləmə keçirilib/FOTO
EKOLOGİYA

İşğaldan azad edilmiş ərazilərdə bərk məişət tullantıları poliqonlarının inşası ilə bağlı ictimai dinləmə keçirilib/FOTO


İşğaldan azad edilmiş ərazilərdə inşası nəzərdə tutulmuş bərk məişət tullantıları poliqonları üzrə tərtib olunmuş ətraf mühitə təsirin qiymətləndirilməsi sənədlərinin müzakirəsi ilə bağlı ictimai dinləmə keçirilib. 
Ekologiya.az bildirir ki, Dövlət Ekoloji Ekspertiza Agentliyi tərəfindən təşkil olunan tədbirdə sifarişçilər, layihə icraçıları, ekoloqlar, QHT və KİV nümayəndələri, həmçinin digər maraqlı tərəflər iştirak edib. 
Qeyd olunub ki, Ağdam, Tərtər, Xocalı, Kəlbəcər, Laçın, Qubadlı və Cəbrayıl rayonlarında müvəqqəti tullantı poliqonları, Füzuli və Zəngilan rayonları ərazisində isə ötürücü məntəqələrin salınması üçün ərazi ayrılıb. Tullantı poliqonlarının yeri seçilən zaman ətraf mühitə təsirin minimum olması üçün bütün parametrlər nəzərə alınıb.

Paylaş:
Tam mətni oxu →