EKOLOGİYA
“II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində iqlim dəyişmələri mövzusunda təlim keçirilib
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən “II Yaşıl düşüncə maarifləndirmə proqramı” çərçivəsində gənclər üçün “İqlim dəyişmələri və erkən xəbərdarlıq sistemi” mövzusunda növbəti təlim təşkil olunub.
Ekologiya.az bildirir ki, tədbirdə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova təqdimatla çıxış edərək iqlim dəyişmələrinin mahiyyəti, səbəbləri və qlobal təsirləri barədə məlumat verib.