Xəzər al qan rənginə boyandı
Ekoloq, professor Çingiz İsmayılov məsələ ilə bağlı Musavat.com-a bildirib ki, bu cür mənzərə əsasən iki səbəbdən yaranır:
Dənizdən gələn kəskin iy həm ekoloji, həm də sağlamlıq baxımından təhlükə siqnalıdır. Əgər bu qoxu sulfid və ya ammonyak tərkibli qazların buxarlanması ilə bağlıdırsa, o zaman hava da çirklənə bilər. Uzun müddət bu qazların təsirinə məruz qalmaq insanlarda baş ağrısı, tənəffüs çətinliyi və ürəkbulanma yarada bilər.
Tarixə baxanda məlum olur ki, Xəzər dənizi sonuncu dəfə bu cür rəng dəyişikliyini 2010-cu illərin əvvəllərində – Sumqayıt sahillərində müşahidə edib. Həmin vaxt ekoloqlar bunu “qırmızı cərəyan” adlandırılan bioloji hadisə ilə izah etsələr də, sonradan araşdırmalar göstərmişdi ki, sənaye tullantıları bu prosesdə əsas rol oynayıb. İndi isə oxşar mənzərə yenidən təkrarlanır, amma bu dəfə daha geniş ərazini – paytaxta yaxın Türkan və Hövsanı əhatə edir.
Paylaş:
Tam mətni oxu →