Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək
Növbəti “Tullantıları tinglərə dəyiş” aksiyası 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək
Ekologiya.az bildirir ki, noyabrın 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, “ASAN xidmət” mərkəzinin dəstəyi ilə “Tullantıları tinglərə dəyiş” aksiyası keçiriləcək.
4 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısında keçiriləcək aksiya zamanı vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində ting əldə edə biləcəklər.
Hər kəsi aksiyada fəal iştirak etməyə, tullantıların təkrar emalına dəstək olmağa çağırırıq.
14 noyabr1 Saat 14:00
4 saylı Bakı “ASAN xidmət” mərkəzi - Bakıxanov qəs., Sülh küç. 197
Paylaş:
Tam mətni oxu →