EKOLOGİYA
Növbəti dəfə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib
Vətəndaşların fəal iştirakı ilə seçilən “Tullantıları hədiyyələrə dəyiş” ekoloji festivalı növbəti dəfə uğurla təşkil olunub.
Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması, çeşidləmə vərdişlərinin təşviqi və ekoloji məsuliyyətli davranışın formalaşdırılması məqsədilə 20 dekabr tarixində ilin sonuncu “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Nizami Rayon İcra Hakimiyyətinin, “Bakı Metropoliteni” QSC-nin, “Azərsun Holdinq”in, “Araz” supermarketlər şəbəkəsinin, “EcoHub” İctimai Birliyinin və “Yağmur-2” MMC-nin dəstəyi ilə baş tutan tədbir Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 5 ünvanında təşkil olunub.