IDEA-nın təşəbbüsü ilə “Məsuliyyətli Ekoturizm Bələdçiliyi” üzrə təlim proqramı təşkil olunub - FOTO
IDEA İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bələdçiləri Assosiasiyasının birgə əməkdaşlığı ilə ekoloji məsuliyyətli turizm prinsiplərinə uyğun fəaliyyət göstərən tur operatorları və ekoturizm bələdçiləri üçün təlim sessiyaları təşkil olunub. Üçgünlük proqramı əhatə edən təlim ölkəmizdə ekoturizmin inkişafına dəstək vermək, milli parklar və digər xüsusi mühafizə olunan təbiət ərazilərində fəaliyyət göstərən bələdçilərin peşəkar bilik və bacarıqlarını artırmaq məqsədi daşıyır.