Ekoloji təhsil – təbiətin qorunmasına aparan yoldur
Ekoloji biliklər və düzgün formalaşmış ekoloji düşüncə təbiətin mühafizəsi, bərpası və gələcək nəsillər üçün sağlam ətraf mühitin təmin olunmasının əsas açarıdır. Uşaqlara və gənclərə erkən yaşlardan təbiətə qayğı, məsuliyyətli yanaşma və davamlı həyat tərzi aşılandıqda, bu biliklər sadəcə nəzəri məlumat olaraq qalmır, gündəlik davranışa və həyat tərzinə çevrilir.