Tam versiya
Ana səhifə EKOLOGİYA Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı hazırlanır”
EKOLOGİYA

Nazir müavini: “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlər planı hazırlanır”


Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov paytaxt Bakının COP 29-a ev sahibliyi etməsinin ölkəmiz üçün qürurverici hadisə olduğunu deyib.

“Report”un bölgəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, o, bunu ekoloji məsələlər üzrə işçi qrupun Zəngilanda keçirilən iclasında deyib.

Nazir müavini həmçinin 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan olunmasına diqqət çəkib və bir çox tədbirlərin baş tutacağını deyib:

“Ekologiya və Təbii Sərvətlər Nazirliyi olaraq aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər planı hazırlanır. Tədbirlər həm Şərqi-Zəngəzur, həm də Qarabağ iqtisadi rayonu da daxil olmaqla ölkə ərazisini əhatə edəcək”.

Paylaş:
Tam mətni oxu →