Tam versiya
Ana səhifə EKOLOGİYA Sumqayıtda ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO
EKOLOGİYA

Sumqayıtda ekoloji maarifləndirici görüşlər keçirilib - FOTO



“Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Universiteti, Sumqayıt “Dünya” məktəbi, 6 nömrəli tam orta məktəb və C.Səfərov adına 10 nömrəli tam orta məktəbdə keçirilən görüşlər zamanı şagirdlərə tullantıların növləri, düzgün çeşidləmə qaydaları, təkrar emal prosesi, bu sahədə görülə biləcək tədbirlər, eləcə də ətraf mühitin qorunmasının əhəmiyyəti və təbii ehtiyatlardan səmərəli istifadə yolları barədə ətraflı məlumat verilib.
İnteraktiv formatda təşkil olunan görüşlərdə şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında müzakirələr aparılıb.
Ekologiya.az bildirir ki, tədbirlərin əsas məqsədi uşaqlarda ekoloji biliklərin artırılması, ətraf mühitə məsuliyyətli münasibətin formalaşdırılması və sağlam ekoloji davranış vərdişlərinin aşılanmasıdır.

Paylaş:
Tam mətni oxu →