Tam versiya
Ana səhifə EKOLOGİYA Yaşıllıqları məhv edən bu şəxslərə protokol tərtib edilib, inzibati məsuliyyətə cəlb olunub
EKOLOGİYA

Yaşıllıqları məhv edən bu şəxslərə protokol tərtib edilib, inzibati məsuliyyətə cəlb olunub


Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri zamanı Gəncə şəhəri və Qusar rayonunun inzibati ərazisində yaşıllıqların məhv edilməsi faktı aşkar olunub.


Ekologiya.az bildirrir ki, araşdırma zamanı Gəncə şəhəri Gülüstan qəsəbəsi Tofiq Bağırov və Namiq Şahmuradov küçələrinin kəsişməsində Gəncə şəhər sakini Nuh Məmmədov tərəfindən 1 ədəd, Qusar rayonu Ləgərqışlaq kəndinin inzibati ərazisində həmin kənd sakinləri Tərlan Əlibəyov və Emin Əlibəyov tərəfindən ümumilikdə 10 ədəd ağacın kəsildiyi müəyyən edilib.
Faktlarla bağlı adıçəkilən şəxslər barəsində fiziki şəxs qismində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.
Paylaş:
Tam mətni oxu →