Tam versiya
Ana səhifə EKOLOGİYA Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb
EKOLOGİYA

Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb


Bərdədə yanğın hadisəsi baş verib.

Ekologiya.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidə kol-kos və ağaclar yanıb.

Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb.

 
Yanğının başvermə səbəbləri araşdırılır.

Paylaş:
Tam mətni oxu →