Vəhşi təbiətin harmoniyası - Şirvan Milli Parkı/FOTO
Şirvan Milli Parkı özünəməxsus landşaftı və zəngin canlılar aləmi ilə Azərbaycan təbiətinin ən füsunkar guşələrindən biridir.
Ekologiyaaz bildirir ki, geniş düzənlikləri əhatə edən bu ərazidə qızılı rəngli qamışlıqlar və göl mənzərələri vəhdət təşkil edərək, göz oxşayan mənzərələr yaradır.
Parkın faunası olduqca rəngarəngdir - burada ceyranlarla yanaşı, qamışlıqların arasında gizlənən çaqqal və tülkü kimi yırtıcılara da rast gəlmək mümkündür. Su hövzələri isə qırmızıdimdik sultan toyuqları, vağlar və müxtəlif köçəri quş sürüləri üçün təhlükəsiz sığınacaq rolunu oynayır.
Xüsusilə gün batımı zamanı göy üzünü bürüyən quşların rəqsi parkın təbiətindəki harmoniyanı daha da qabardır.
Şirvan Milli Parkından bu günlərdə çəkilən fotoları təqdim edir.
Paylaş:
Tam mətni oxu →