DETX Naxçıvan şəhərində və Babək rayonu ərazisində ekoloji monitorinqlər keçirib
Keçirilən monitorinqlər çərçivəsində atmosfer havasının keyfiyyət göstəriciləri, radioaktiv fon səviyyəsi, ətraf mühitə zərərli fiziki təsirlər, elektromaqnit şüalanma, səs-küy, eyni zamanda vibrasiya təsirləri üzrə ölçmə və müşahidələr aparılıb. Monitorinqlərin nəticələrinə əsasən göstəricilər norma daxilində olub.