Ekoloji mədəniyyət: fərddən cəmiyyətə
Sənayeləşmə, urbanizasiya, əhali artımı və təbii resurslardan qeyri-səmərəli istifadə nəticəsində hava, su və torpaq ehtiyatları təzyiq altındadır. Lakin bu problemin səbəbləri yalnız texniki və iqtisadi amillərlə məhdudlaşmır. Ətraf mühitin vəziyyətinə birbaşa təsir edən əsas faktor ekoloji mədəniyyət səviyyəsidir.