Tam versiya
Ana səhifə EKOLOGİYA "Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə bu tarixdə keçiriləcək
EKOLOGİYA

"Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə bu tarixdə keçiriləcək


Böyük maraqla gözlənilən  “Tullantıları hədiyyələrə dəyiş” festivalı növbəti dəfə keçiriləcək. 

Əhalinin tullantıların düzgün idarə olunması ilə bağlı məlumatlandırılması və çeşidləmə vərdişlərinin təşviq olunması məqsədilə 30 mart - Beynəlxalq Sıfır Tullantı Günündə “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçiriləcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Yasamal Rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə Bakı şəhəri Yasamal rayonu, “Azərsu parkı” adlanan ərazidə təşkil olunacaq tədbir çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 

🔸 35 litr olan plastik butulka;

🔸 10 litr tutumu olan şüşə butulka/banka;

🔸 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr əldə edəcəklər. 

Qeyd edək ki, maraqlı interaktiv tədbirlərin də yer alacağı festivalda tullantıları gətirərək həm təbiətə töhfə verə, həm də  müxtəlif hədiyyələr əldə edə bilərsiniz.

Bakı şəhəri Yasamal rayonu, “Azərsu parkı” adlanan ərazi (Lider TV-nin arxası)

 30 mart 2026-cı il

12:00-14:00

Paylaş:
Tam mətni oxu →