Beynəlxalq Sıfır Tullantı Günü münasibətilə ETSN-də tələbələrlə maarifləndirici görüş keçirilib
Ekoogiya.az bildirir ki, görüşdə Azərbaycan Dillər Universitetinin Linqvokulturologiya kafedrasının tələbələri və ekokönüllülər iştirak ediblər. Nazirliyin sektor müdiri Mehman Nəbiyev çıxış edərək sıfır tullantı konsepsiyasının əhəmiyyəti, gündəlik həyatda tətbiq oluna biləcək ekoloji vərdişlər və təkrar emalın rolu barədə ətraflı məlumat verib. O bildirib ki, tullantıların azaldılması yalnız dövlət səviyyəsində deyil, hər bir fərdin məsuliyyətli yanaşması ilə mümkündür.