Milli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Okan Dursunla görüş keçirilib/FOTO
Hilli Hidrometeorologiya Xidmətində “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində “Baku Decides” Gənclərin I İqlim Danışıqları” adlı beynəlxalq konfransda iştirak edən Türkiyə təmsilçisi, “Carbon Gate” iqlim texnologiyaları müəssisəsinin həmtəsisçisi və baş direktoru, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfiri Okan Dursunla görüş keçirilib.
Ekologiya.az bildirir ki, görüşdə iqlim dəyişmələrinin təsirləri, karbon emissiyalarının azaldılması, eləcə də bu il Azərbaycanda keçirilməsi nəzərdə tutulan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) əhəmiyyəti müzakirə olunub.