Günəşdə güclü partlayış qeydə alınıb
Cümə axşamı, mayın 7-də Günəşdə gücünə görə sondan əvvəlki sinfə (M) aid edilən partlayış qeydə alınıb.
Qeyd edək ki, Günəşdəki partlayışlar rentgen şüalanmasının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Ən aşağı A0.0 sinfi Yer orbitində 1 kvadratmetrə 10 nanovat şüalanma gücünə bərabərdir. Hər sonrakı hərfə keçdikdə güc 10 dəfə çoxalır. Alışmalar zamanı günəş plazması tullantıları da müşahidə oluna bilər ki, bu plazma buludları Yerə çatdığı təqdirdə maqnit fırtınalarına səbəb ola bilər.
Paylaş:
Tam mətni oxu →