Tullantıların qalaqlanaraq yandırılması faktları aşkarlanıb
Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Ağstafa və Lənkəran rayonlarının inzibati ərazisində tullantıların qalaqlanaraq yandırılması faktları aşkar edilib.
Faktlarla bağlı müvafiq olaraq Ağstafa rayonu Sadıqlı kənd sakini Ayaz Mikayılov və Lənkəran rayonu Velədi kənd sakini Rauf İbadov barəsində fiziki şəxs qismində “İnzibati xəta haqqında Protokol” tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər