• Ünvan : Nəsimi rayonu Ali Mustafayev 30/40. "City Mall" 3 cü mərtəbə
  • Əlaqə : (+99455) 270 92 95
  • TR
  • “Sıfır Tullantı” Həmrəylik Marafonuna start verilib-FOTO

    09

    iyn

    “Sıfır Tullantı” Həmrəylik Marafonuna start verilib-FOTO

    5 iyun – Ümumdünya Ətraf Mühit Günü münasibətilə Mingəçevir şəhərinin Kür çayı sahilində Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qırmızı Ürəklər Fondu və Kapital Bankın birgə tərəfdaşlığı ilə “Sıfır Tullantı” Həmrəylik Marafonuna start verilib.

    ETSN nümayəndələrinin və Mərkəzi Aran iqtisadi rayonunu təmsil edən Kapital Bank əməkdaşlarının iştirak etdiyi aksiya çərçivəsində sahil ərazisindən 1346 kq tullantı toplanaraq utilizasiya olunması üçün aidiyyəti qurumlara təhvil verilib. 

    Aksiyanın əsas məqsədi ətraf mühitə məsuliyyətli münasibətin təşviqi, ekoloji problemlərin həllində ictimai iştirakçılığın artırılması və gələcək nəsillər üçün daha təmiz, sağlam və dayanıqlı mühitin formalaşmasına töhfə verməkdir.


    Tarix : Bu gün, 08:07 | Oxunub: 80