Növbəti təmizlik aksiyası Xəzər dənizinin Şüvəlan sahilində keçirilib-FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Xəzər dənizinin Şüvəlan sahilində təşkil olunan təmizlik aksiyasına bu dəfə “Azərsun Holding” MMC-nin “Zeytun bağları” markasının əməkdaşları qoşulub.
“Təmiz ölkəm” devizi altında keçirilən aksiya zamanı şirkət əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə sahil zolağından 200 kiloqramdan artıq məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Ətraf mühitin mühafizəsinə yönəlmiş belə təşəbbüslərə dəstək göstərən bütün tərəfdaşlara, könüllülərə və vətəndaşlara təşəkkürümüzü bildiririk. Hər kəsi təbiətin qorunmasına, tullantıların düzgün idarə olunmasına və ekoloji məsuliyyətin artırılmasına töhfə verməyə çağırırıq.
Paylaş:
Tam mətni oxu →