Tam versiya
Ana səhifə EKOLOGİYA "Su altında qalan Məmmədli yaşayış massivində antisanitar vəziyyətdir, qurbağa əlindən oturmaq olmur” - Video
EKOLOGİYA

"Su altında qalan Məmmədli yaşayış massivində antisanitar vəziyyətdir, qurbağa əlindən oturmaq olmur” - Video


Abşeron rayonu Məmmədli qəsəbəsinin sakinləri gölün daşması nəticəsində yaşayış evlərinin, küçələrin və həyətyanı sahələrin su altında qaldığını, ərazidə ciddi antisanitar vəziyyətin yarandığını iddia edirlər.

Ekologiya.az xəbər verir ki, sakinlərin sözlərinə görə, 3 aydır bu vəziyyət hökm sürür.

Məlumata görə, hətta evləri su altında qalan əksər sakinlər də köçüblər.

Kanalizasiya xətlərindən sızan çirkab suları ilə göl suyunun birləşməsi dözülməz qoxu və infeksiya riski yaradıb.

“Ağcaqanad, qurbağa əlindən oturmaq olmur. Pis qoxudan pəncərələri aça bilmirik. İlan da var. Yağışlar başlayandan belədi. Hər dəfə də yağdıqca bu vəziyyətə düşürük”, - deyə sakinlərdən biri qeyd edib.

Abşeron rayon Məmmədli bələdiyyəsindən bildirildi ki, sözügedən problemdən məlumatlıdırlar.

Göldə suyun səviyyəsinin aşağı salınması istiqamətində Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə nasoslar vasitəsilə suyun çəkilməsi işləri davam etdirilir. Səviyyə xeyli düşüb. Proses davam edir.

Daha ətraflı “Xəzər TV”nin süjetində:


Paylaş:
Tam mətni oxu →