Tam versiya
Ana səhifə EKOLOGİYA Xəzər dənizinin Bigəh sahilində növbəti təmizlik aksiyası keçirilib-FOTO
EKOLOGİYA

Xəzər dənizinin Bigəh sahilində növbəti təmizlik aksiyası keçirilib-FOTO


Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Bilgəh sahilində keçirilən növbəti təmizlik aksiyasına “Bank of Baku” və “TuranBank”ın əməkdaşları, eləcə də ekokönüllülər qoşulub.


Dəniz sahillərinin ekoloji cəhətdən sağlam saxlanılması və vətəndaşların ətraf mühitin mühafizəsində fəal iştirakının təşviqi məqsədilə keçirilən təmizlik aksiyası zamanı sahil zolağından 150 kiloqramdan artıq məişət tullantısı toplanaraq aidiyyəti üzrə təhvil verilib. 


Ətraf mühitin təmizliyinə həssas yanaşan və tullantıların düzgün idarə olunmasına öz töhfəsini verən bütün vətəndaşlara və tərəfdaşlara təşəkkür edirik.


Paylaş:
Tam mətni oxu →