"Nərimanov rayonu Çermet qəsəbəsi, Valeh Əmirsayyadov küçəsi döngə 1-də kanalizasiya xətti tutulub. Bununla bağlı etdiyimiz şikayətlər qulaqardına vurulur.." 


Ekologiya.az xəbər verir ki, bunu özünün etiraz dolu müraciətində paytaxt sakini Elnur Əhədov qeyd edib.


Narazı vətəndaş daha sonra müraciətini belə davam etdirir: "Küçəni pis qoxu götürüb. Qoxu 50-100 metrdən hiss edilir.


Dəfələrlə "Azərsu"ya, Kanalizasiya idarəsinə müraciət etsək də, problem həll olunmayıb. Artıq 3 gündür belədir.... Üfunət iyindən durmaq olmur, qoxu ətrafa çox pis yayılıb...""DİA-AZ"