Tam versiya
Ana səhifə EKOLOGİYA Qəbələdə gənclərlə ətraf mühitin mühafizəsinə dair maarifləndirici görüş keçirilib
EKOLOGİYA

Qəbələdə gənclərlə ətraf mühitin mühafizəsinə dair maarifləndirici görüş keçirilib


Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Gənclərin İnkişaf və Karyera Mərkəzi və “Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Səyyar Gənclər Xidməti” layihəsi çərçivəsində Qəbələ Dövlət Peşə Təhsili Mərkəzində 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən gənclərlə maarifləndirici görüş keçirilib.

“Ətraf mühitin mühafizəsi sahəsində mövcud qanunvericiliyin tələbləri” mövzusuna həsr olunan görüşdə iştirakçılara ətraf mühitin mühafizəsini tənzimləyən qanunvericiliyin əsas müddəaları, təbii sərvətlərdən səmərəli və dayanıqlı istifadə prinsipləri, ekoloji hüquqpozmalara görə məsuliyyət, eləcə də hər bir vətəndaşın ətraf mühitin qorunmasında rolu barədə ətraflı məlumat verilib.

Görüş interaktiv müzakirələr şəraitində davam edib. İştirakçıları maraqlandıran suallar cavablandırılıb, onların fikir və təklifləri dinlənilərək ətraf mühitin mühafizəsi istiqamətində gənclərin fəal iştirakının əhəmiyyəti vurğulanıb.

Paylaş:
Tam mətni oxu →