Tam versiya
Ana səhifə EKOLOGİYA “Tibbi tullantıların təhlükəsiz idarə olunması” mövzusunda növbəti maarifləndirmə tədbirləri keçirilib
EKOLOGİYA

“Tibbi tullantıların təhlükəsiz idarə olunması” mövzusunda növbəti maarifləndirmə tədbirləri keçirilib


Tibb işçilərinin tibbi tullantıların təhlükəsiz idarə olunması sahəsində bilik və məlumatlılığının artırılması məqsədilə növbəti maarifləndirmə tədbirləri Sumqayıt şəhər 7 saylı Ailə Sağlamlıq Mərkəzində, "Sumqayıt Hospital" və Ağcabədi şəhərində fəaliyyət göstərən "Şəfa" klinikasında təşkil olunub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarələrinin əməkdaşları tərəfindən keçirilən görüşlərdə iştirakçılara tibbi tullantıların təsnifatı, təhlükəsizlik tələblərinə uyğun çeşidlənməsi, müvəqqəti saxlanılması, daşınması və zərərsizləşdirilməsi qaydaları barədə ətraflı məlumat verilib. Eyni zamanda tibbi tullantıların düzgün idarə olunmasının ətraf mühitin mühafizəsi və ictimai sağlamlığın qorunması baxımından əhəmiyyəti iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlər çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı fikir mübadiləsi aparılıb.

Paylaş:
Tam mətni oxu →