Növbəti təmizlik aksiyası Xəzər dənizinin Sumqayıt sahilində keçirilib-FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi altında Xəzər dənizinin Sumqayıt sahilində növbəti təmizlik aksiyası təşkil olunub. Aksiyada Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları və ekokönüllülər iştirak edib.
Dəniz sahillərinin ekoloji cəhətdən sağlam saxlanılması, tullantılarla çirklənmənin qarşısının alınması və vətəndaşların ətraf mühitin mühafizəsində fəal iştirakının təşviqi məqsədilə keçirilən aksiya zamanı sahil zolağından tullantılar toplanaraq aidiyyəti üzrə təhvil verilib.
Hər kəsi bu kimi təşəbbüslərə qoşularaq təbiətin qorunmasına, tullantıların düzgün idarə olunmasına, dəniz sahillərinin təmiz saxlanılmasına öz töhfəsini verməyə çağırırıq.
Paylaş:
Tam mətni oxu →