“Ətraf mühit sahəsində şəffaflığın artırılması və korrupsiya risklərinin qarşısının alınması” mövzusunda maarifləndirici görüş keçirilib-FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyində qanunvericiliyin tələbləri, etik davranış prinsipləri və korrupsiyaya qarşı mübarizə sahəsində institusional yanaşmalar barədə məlumatlılığın artırılması məqsədilə maarifləndirici görüş təşkil olunub.
Görüşdə Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin böyük prokuroru, ədliyyə müşaviri Allahverdi Allahverdiyev korrupsiya anlayışı, onun cəmiyyətə və dövlət idarəçiliyinə mənfi təsirləri, eləcə də korrupsiya hüquqpozmalarının qarşısının alınması istiqamətində qanunvericiliyin tələbləri barədə təqdimatla çıxış edib.
Tədbirdə ETSN-in əməkdaşları, Nazirlik yanında İctimai Şuranın üzvləri, “Konstitusiya” Araşdırmalar Fondunun və “Cəmiyyətin İnkişafı Mərkəzi”nin sədrləri iştirak ediblər.
Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb, korrupsiyaya qarşı mübarizədə hər bir əməkdaşın məsuliyyəti, qanunvericiliyin tələblərinə ciddi riayət olunmasının və ətraf mühitin mühafizəsi sahəsində şəffaf fəaliyyətin təmin edilməsinin vacibliyi bir daha
vurğulanıb.