Ana səhifə›
EKOLOGİYA
›
Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək
EKOLOGİYA
Mark Libbi: COP29 diqqəti Azərbaycana yönəldəcək
Ekologiya
AMP
Bu il Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) diqqəti Azərbaycana yönəldəcək.Bunu jurnalistlərə açıqlamasında ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi deyib.“Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bu tədbirlə ölkənin, ilk növbədə, maliyyələşdirmə məsələlərinə diqqət yetirəcəyi qənaətindəyəm. Bu, “yaşıl” iqtisadiyyata keçidi necə idarə etdiyinizi nümayiş etdirəcək. Əvvəllər BƏƏ-yə diqqət yetirildiyi kimi, karbohidrogen hasil edən ölkə kimi Azərbaycana da böyük diqqət yetiriləcək. Bundan başqa, Azərbaycanın ölkənin və dünyanın enerji infrastrukturunda öz roluna dair yeni baxışını necə formalaşdıracağına diqqət yönəldiləcək", - o bildirib.\Report