Müşfiqabad qəsəbəsində növbəti ağacəkmə aksiyası keçirilib - FOTO
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının, “Cığır” Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələrinin və ekokönüllülərin iştirakı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Ekoloiya.az bildirir ki, aksiyaya “Cığır” İB tərəfindən şəhid ailələri və aztəminatlı ailələrin üzvləri olan uşaqlar cəlb edilməklə Eldar şamı və zeytun ağacları əkilib, həmçinin balacalara ətraf mühitin qorunmasının vacibliyini aşılayan kitablar hədiyyə olunub.